MENOPAUZA

Menopauza Nədir?

Menopauza menstrual tsiklin bitmə mərhələsidir.  Bu, yaşlanmanın bir mərhələsidir və fertil, reproduktiv dövrün sonunu göstərir. Menopauza tipik olaraq 40-50 yaşlar arası baş verir. Bununla belə, yumurtalıqları cərrahi yolla çıxarılan qadınlarda “qəfil” cərrahi menopauza baş verir.

https://my.clevelandclinic.org/health/diseases/21841-menopause

Bu Menopauzadır?

Əgər sizdə menopauza zamanı olan simptomlara bənzər şikayətlər varsa, həkim sizə əlamətlər, yaşınız, ailə tarixcəsi haqda suallar verməklə diaqnozu dəqiqləşdirəcək. Bəzi hallarda, digər səbəbləri inkar etmək məqsədilə həkiminiz sizi FSH (follikul stimullaşdırıcı hormon) və E2 (estradiol) hormonlarının səviyyəsini təyin etmək üçün qan analizinə göndərə bilər.

Menopauzaya keçid dövrü mövcuddur, “yalançı menopauza” qadında son menstruasyadan 1 il müddət keçmədiyi  halda baş verir. Bu səbəbdən, hamilə qalmaq istəməyən qadınlar bu müddətə diqqət etməlidirlər.

Histerektomiya və ya yumurtalıqların cərrahi yolla çıxarılması da menopauzaya səbəb olur. Əgər siz uşaqlıq və ya yumurtalıqlarınızı cərrahi yolla çıxarmısınızsa və hormon qəbul etmirsinizsə, sizdə də menopauzanın simptomlarına rast gəlinə bilər.

Menopauzadan sonra qadınlar postmenopauza dövrünə keçirlər. Postmenopauzal dövrdəki qadınlarda ürək xəstəlikləri və osteoporoza çox rast gəlinir. Bu zaman, sağlam qidalanma və aktiv həyat tərzi vacibdir.

Təbii menopauza-cərrahi müdaxilə və ya digər tibbi səbəbdən olmadığı halda –normal həyatın bir mərhələsidir.  Menopauza 1 il  menstrual qanaxma baş vermirsə müəyyənləşdirilir, istisna edilməlidir:  cərrahi və ya tibbi müdaxilə, yüksək qadın cinsi  hormonları, aktiv tiroid, yüksək prolaktin, radiasiya.

Menopauza nə qədər davam edir?

Menopauza 12 ay menstruasiya olmadıqda müəyyənləşdirilir. Perimenopauza 7-10 il davam edə bilər. Postmenopauza isə ömrün sonunadək davam edə bilər. ABŞ-da menopauzaya keçmənin orta yaş həddi 51-dir.

Menopauza zamanı hansı hormonal dəyişikliklər baş verir?

“Menopauza” kimi düşündüyümüz ənənəvi dəyişikliklər, yumurtalıqlarınız artıq yüksək səviyyədə hormon istehsal etmədikdə baş verir. Yumurtalıqlar yumurta hüceyrələri hazırlayan və Fallop borularına ötürən reproduktiv orqanlardır. Onlar həmçinin, qadın hormonları estrogen və progesteron, eləcə də testosteron istehsal edirlər. Estrogen eyni zamanda, orqanizmin kalsium təminatına və qanda xolesterinin səviyyəsinə də nəzarətdə iştirak edir. 

Menopauza başlayanda, yumurtalıqların yumurta hüceyrələri hazırlayıb Fallop boruya ötürmə prosesi azalır və menstruasiya bitir.

Menopause

Menopauza zamanı hormon çatışmazlığı

40 yaşdan yuxarı qadınlarda estrogen səviyyəsinin azalması menopauzanın göstəricisi ola bilər. Bu keçid dövrü perimenopauza adlanır.

Perimenopauza zamanı yumurtalıqlarınız hələ də estrogen istehsal edəcək.

Menopauza başlayanda isə estrogen sintezi zəifləyəcək.