MENSTRUASİYA

Menstruasiya Nədir?

Menstruasiya, reproduktiv dövrdə olan  qadınlarda hər ay baş verən uşaqlıq qanaxmasıdır. Hər ay qadın orqanizmi hamiləliyə hazırlaşır. Əgər hamiləlik baş vermirsə, uşaqlığın daxili qişası parçalanıb tökülür. Menstruasiya axıntısı-qan və uşaqlığın daxili qatının parçalarından ibarət olur. Bu axıntı orqanizmdən vagina vasitəsilə xaric edilir.

Menstruasiya, adətən 11-14 yaş aralığında başlayır və təxminən 51 yaşa qədər, memopauza başlayanadək davam edir.

Menopauza Zamanı Menstruasiya Niyə Dayanır?

Menopauza menstrual dövrün sona yetdiyini göstərən bir vaxtdır. Menstruasiya olmadan 12 ay keçdikdən sonra diaqnoz qoyulur.

Menopauza yaxınlaşdıqda, yumurtalıqlar estrogen hormonunu daha az istehsal edir. Bu azalma zamanı menstrual dövr dəyişməyə başlayır. Ya nizamsız olur və ya dayana bilir. Orqanizmdə hormonların səviyyə dəyişikliyi zamanı fiziki dəyişikliklərə rast gəlinir.